192,192 nömrəli tam orta məktəb, 192 nomreli tam orta mekteb, 7b-192.tk, 7b-192.tr.gg, 192 nomreli mekteb tedbir, 7b tedbirler, 6b tedbirler, 7b sinfinin veb saytı, 7b sinfinin veb sayti, 7b sinifinin veb sayti, 192-7b, 7b-192
Bakı şəhəri Sabunçu rayonunda yerləşən 192 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. Məktəbdə təhsil alan ibtidai siniflərimiz üç növbəli, yuxarı siniflərimiz isə II növbəlidir. 6 günlük təhsil sistemi ilə fəaliyyət göstəririk. Məktəbin layihə tutumu 850 yerlikdir. Hazırda məktəbdə 2133 şagird təhsil alır. Xarici dil kimi ingilis və rus dilləri tədris olunur. Pedaqoji kadrların sayı nəfərdir. Məktəbin güclü pedaqoji kadr poteusialı var. Məktəbin yüzlərlə məzunu ali təhsil alıb, respublikamızın ictimai, siyasi, sosial, mədəni həyatına öz töhvəsini vermişdir. Məktəb yetişdirdiyi şagirdlərlə həmişə fəxr edib. 192 nömrəli məktəb ali məktəbə şagird qəbulu üzrə rayonu məktəbləri arasında yüksək nəticələri ilə öndə olmuşdur. Ali məktəblərə qəbul imtahanında 192 nömrəli məktəbin məzunları daim uğurlar əldə edib. Uğurlarımız indi də davam etməkdədir. Bu il şagirdlərimizdən biri IV qrup üzrə 700 bal toplayıb. Bununla yanaşı məzunlarımızdan 8 nəfər 600 bal, iki nəfər isə 690 bal toplayaraq yüksək nəticələr göstərmişlər. Məktəbimizdə hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzindədir. Məktəbimizin kollektivi məktəb və məktəbdən kənar tədbirlərdə, yarış və müsabiqələrdə fəal iştirak edirlər. Şagirdlərimiz müxtəlif idman növləri ilə məşğul olur və uğurlar qazanırlar. Məktəbin idarə olunmasında təlim -tərbiyə prosesinin təşkilində, təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində pedaqoji kollektivin səmərəli işi təşkil olunmuşdur. 20172018-ci tədris ilində əsaslı təmirə başlamışdır.Bu il yeni təmirli məktəbdə yeni dərs ilinə başladıq. Məktəbdə bədii ədəbiyyat və eləcə də müxtəlif dərs vəsaitləri hesabına zəngin kitabxana yaradılmış, bütün sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, akt zalı və yeməkxana yüksək standartlar səviyyəsində təmir edilmişdir. Məktəb lazım avadanlıq və ləvazimatlarla, kompüterlərlə də təmin edilmiş, müasir istilik və işıqlandırma sistemləri qurulmuşdur. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. 13 sentyabr 2018-ci il tarixində Prezident İlham Əliyev məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə maraqlanmaq üçün məktəbə gəlmişdir. Dövlət başçısı ayrı 2 sinif otaqlarını gəzib, fənn kabinetləri və sinif otaqlarında yaradılan şəraitlə tanış olmuşdur.